Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı tərəfindən hüquq fakültəsində təhsil alan tələbə və gənc hüquqşünaslar üçün təlim keçirilib

07 aprel 2025 | 16:12 275

Cari ilin 15 mart və 6 aprel tarixlərində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Xüsusi hüququn ekspertizası şöbəsinin baş mütəxəssisi Ofelya Bayramlı “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) tərəfindən həyata keçirilən “Hüquqi yazı” layihəsi çərçivəsində “Qanunvericilik aktlarının yazılması” mövzusunda təlim keçib.

Təlimdə 40-dan çox tələbə və gənc hüquqşünas iştirak edib.

Nəzəri və praktiki hissədən ibarət olan təlimin birinci hissəsində iştirakçılara hüquqi aktlar, normativ hüquqi aktların hazırlanmasına dair ümumi tələblər, normayaratma texnikası, normativ hüquqi aktların layihələrinin hazırlanması, razılaşdırılması və qəbul edilməsi barədə məlumat verilib. Praktiki mərhələdə isə iştirakçılar qruplar şəklində normativ hüquqi akt layihəsi hazırlayaraq təqdim edib, həmin layihələr Ofelya Bayramlı tərəfindən dəyərləndirilərək diqqət edilməli məqamlar nəzərə çatdırılıb.

İnteraktiv şəkildə təşkil olunan təlim müzakirələr, hüquqi tapşırıqlar və iştirakçıların fəal iştirakı ilə yadda qalıb.