Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Milli Məclisdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edib

01 may 2025 | 11:21 72

Cari ilin 24 aprel tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda təşkil olunan elmi-praktik konfransda iştirak edib.

Milli Məclisin deputatları, bir sıra dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirak etdiyi tədbirə moderatorluq edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Konstitusiyamızın müstəqil dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda rolunu yüksək dəyərləndirən sədr dövlətimizin əsas qanununun qəbulunda Ulu Öndərin müstəsna xidmətlərinə diqqət çəkib.

Daha sonra “Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun dövlət quruculuğunda yeri”, “Azərbaycan Respublikası Konstitusiyasının keçdiyi inkişaf yolu (referendumlar)”, “Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir” mövzularında çıxışlar olunub. Çıxışçılar Konstitusiyamızın həm Konstitusiya qanunları, həm də  referendum yolu ilə daha da inkişaf etməsindən və dövlətimizin əsas qanununun suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunmasındakı rolundan danışıblar.

Konfrans iştirakçıların müzakirələri və mövzu çərçivəsində aparılan fikir mübadilələri ilə davam edib.